ABŞ diplomatları Fransa nümayəndəsinin çıxışı zamanı BMT TŞ-nin iclasını tərk etdi

ABŞ diplomatları Fransa nümayəndəsinin çıxışı zamanı BMT TŞ-nin iclasını tərk etdi

Hazırda oxunan: ABŞ diplomatları Fransa nümayəndəsinin çıxışı zamanı BMT TŞ-nin iclasını tərk etdi

627913

ABŞ diplomatları BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında Fransa nümayəndəsinin çıxışı zamanı zalı tərk ediblər. Hadisənin Vaşinqtonun insan hüquqları məsələsində tutduğu mövqeyə yönələn tənqidlərlə əlaqəli olduğu bildirilir.

Bizim.Media xəbər verir ki, hadisə barədə ilk məlumatı Associated Press yayıb.

İnsident ABŞ-ın BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün səlahiyyət müddətinin daha dörd il uzadılmasına qarşı çıxmasından sonra baş verib.

Səsvermənin nəticələrinə əsasən, Türkün yenidən təyin olunmasını 144 ölkə dəstəkləyib. Qərarın əleyhinə isə ABŞ da daxil olmaqla 10 dövlət səs verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO