Uolts: “Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir” - VİDEO

Uolts: “Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir” - VİDEO

Hazırda oxunan: Uolts: “Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir” - VİDEO

627616

ABŞ Prezidenti Donald Trampın İranla bağlı bütün mümkün variantları nəzərdən keçirdiyi bildirilib.

Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki səfiri Maykl Uolts deyib.

“Prezident bütün mümkün variantları nəzərdən keçirir. Onun hazırda etdiyi iş, bütün bu müddət ərzində gördüyümüz kimi, danışıqların davam etdirilməsi üçün imkan yaratmaqdır. Danışıqlar davam edir. Onlar bütün səviyyələrdə aparılır”, – deyə Uolts bildirib.

ABŞ səfiri əlavə edib ki, İran hakimiyyəti daxilində fikir ayrılıqları müşahidə olunur.

“Biz daim İran rejimində fikir ayrılıqlarının olduğunu görürük. Orada daxili mübarizə gedir. Bəziləri ali liderdən göstəriş gözləyir, digərləri isə başqa istiqamətdə hərəkət etmək istəyir. Bu, diplomatiya baxımından böyük çətinliklər yaradır, lakin müəyyən məntiqli qərara gəlmək lazımdır”, – deyə Uolts qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO