Razılaşmaya yaxın idik, Qərb pozdu – Blanar

Razılaşmaya yaxın idik, Qərb pozdu – Blanar

Hazırda oxunan: Razılaşmaya yaxın idik, Qərb pozdu – Blanar

625136

“Qərb ölkələri Ukrayna münaqişəsinin başlanmasından qısa müddət sonra əldə olunması mümkün olan sülh razılaşmasını rəsmən pozublar”.

Bizim.Media xəbər verir ki, bu barədə Slovakiyanın xarici işlər naziri Yuray Blanar yerli "Štandard" nəşrinə verdiyi müsahibəsində bəyan edib.

Slovakiyalı diplomatın fikrincə, tərəflərin münaqişənin ilkin mərhələsində Minsk və İstanbul danışıqlarında əldə etdikləri razılaşmalar əsasında böhranı tezliklə nizamlamaq tamamilə real idi.
 

Lakin nazir vurğulayıb ki, bu sülh sazişinin imzalanmasının qarşısını məhz Qərb alıb. Blanar xatırladıb ki, həmin dövrdə Böyük Britaniyanın Baş naziri postunu tutan Boris Conson bütövlükdə Qərb dövlətləri adından çıxış edərək bu nizamlanma variantını qəti şəkildə rədd edib.


Slovakiya XİN rəhbəri qeyd edib ki, həmin tarixi fürsət əldən veriləndən sonra sülh prosesi getdikcə daha da mürəkkəbləşib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə tərəflərdən hər hansı birini tam şəkildə qane edəcək ortaq bir kompromis variantı tapmaq son dərəcə çətin olacaq.

Blanar əlavə edib ki, mövcud reallıqlar fonunda Ukrayna rəhbərliyi gec-tez ərazi məsələləri də daxil olmaqla, müəyyən ağrılı güzəştlərə getməyə qərar vermək məcburiyyətində qalacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO