Ukrayna Baş Qərargahı: Gecə hücumu zamanı 132 dron və raket məhv edildi

Ukrayna Baş Qərargahı: Gecə hücumu zamanı 132 dron və raket məhv edildi

Hazırda oxunan: Ukrayna Baş Qərargahı: Gecə hücumu zamanı 132 dron və raket məhv edildi

621961

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ötən gecə Rusiya ordusunun ölkə ərazisinə endirdiyi kütləvi hava zərbələrinin təfərrüatlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, Baş Qərargahın rəsmi məlumatına görə, iyunun 28-nə keçən gecə Rusiya qoşunları Ukrayna şəhərlərini 2 ədəd "Sirkon/Oniks" tipli gəmiəleyhinə raket, 6 ədəd "İskander-M/S-400" tipli ballistik raket və 142 ədəd müxtəlif tipli zərbə PUA-sı (dron) ilə atəşə tutub.

Hava hücumundan müdafiə (HHM) sistemlərinin və mobil zenit qruplarının aktiv fəaliyyəti nəticəsində düşmənin 132 hava hədəfi səmada zərərsizləşdirilib.
 

Bununla belə, bəzi raketlərin və 14 zərbə PUA-sının Ukraynanın 11 fərqli lokasiyasındakı hədəflərə zərbə vurduğu qeydə alınıb. Bundan əlavə, vurulan hava hədəflərinin qalıqlarının 13 fərqli yaşayış məntəqəsinə və sənaye zonasına düşdüyü, nəticədə müəyyən dağıntı və yanğınların baş verdiyi bildirilir.


Hazırda fəsadların aradan qaldırılması və ziyanın tam miqyasının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO