Böyük Britaniya Kralı III Çarlzla ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşü kameralar olmadan, qapalı formatda keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Britaniya rəsmiləri monarxla ABŞ prezidentinin Oval kabinetdəki görüşünün qapalı keçirilməsində israr ediblər.
Buna səbəb 2025-ci ilin fevralında Ağ Evdə Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında dünya mediasının gözü qarşısında yaşanan qalmaqalın təkrarlanması ehtimalıdır.
Mənbələrin sözlərinə görə, britaniyalı rəsmilər Trampın III Çarlzla görüşdə gözlənilməz açıqlamalar verməsindən və ya Britaniya hökumətini tənqid etməsindən ehtiyatlanırlar.
Bildirilir ki, bütün tədbirlər zamanı kralın yanında saray əməkdaşları və Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper olacaq.
Mənbələrdən biri bildirib ki, Kuper danışıqlar plan üzrə getməyəcəyi halda müdaxilə etməyə hazırdır:
“Əgər Tramp Starmeri və ya ümumilikdə Britaniyanı tənqid etməyə başlasa, o, kral üçün canlı qalxan kimi hərəkətə keçməyə hazırdır”.
Bununla belə, Britaniya hökumətindəki mənbələr III Çarlzın vəziyyətin öhdəsindən özü gələ biləcəyini düşünürlər.
“Onun bu cür məsələlərdə onilliklərlə təcrübəsi var. O, kifayət qədər mürəkkəb şəxslərlə dəfələrlə görüşüb. Bütün sənədlərini oxuyur və nə baş verdiyini dəqiq bilir. Düşünürük ki, hər şey qaydasında olacaq”, - deyə başqa bir mənbə bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:04 / 28.04.2026
Trampla III Çarlzın görüşünə jurnalistlər buraxılmayacaq – NƏDƏN EHTİYAT EDİRLƏR?
Hazırda oxunan: Trampla III Çarlzın görüşünə jurnalistlər buraxılmayacaq – NƏDƏN EHTİYAT EDİRLƏR?
Hazırda oxunan: Trampla III Çarlzın görüşünə jurnalistlər buraxılmayacaq – NƏDƏN EHTİYAT EDİRLƏR?
609866
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































