Rusiyadan ABŞ-a TƏHDİD xarakterli CAVAB - SƏRT TƏLƏBLƏR var

Rusiyadan ABŞ-a TƏHDİD xarakterli CAVAB - SƏRT TƏLƏBLƏR var

Hazırda oxunan: Rusiyadan ABŞ-a TƏHDİD xarakterli CAVAB - SƏRT TƏLƏBLƏR var
60633
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Xarici İşlər Nazirliyi təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ-a cavab verib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, rəsmi Moskvanın yazılı cavabı ABŞ-ın Rusiyadakı səfiri Con Sullivana təqdim edilib.

Dərc edilmiş 11 səhifədən ibarət sənəddə Rusiyanın bir sıra tələbləri yer alıb. Bunlardan dördü daha çox diqqət çəkib:

•  Rusiyanın müəyyən ərazilərindən qoşunların çıxarılması tələbinin qəbuledilməzliyi vurğulanıb.

• Ukrayna ətrafında gərginliyin azaldılması üçün rəsmi Kiyev Minsk razılaşmalarına əməl etməli, Ukraynaya silah tədarükünü dayandırmalı və artıq tədarük edilmiş silahlar geri götürməli, bütün Qərb müşavirlərini və təlimatçılarını geri çağırmalıdır, NATO-nun Ukrayna ilə təlimlərdən imtina etməsi lazımdır.

• Rusiya ABŞ-ın bütün qüvvələrinin və silahlarının Mərkəzi və Şərqi Avropa və Baltikyanı ölkələrindən çıxarılmasında israrlıdır.
• Rusiya ABŞ və NATO-dan şərqə doğru genişlənməkdən qanuni imtinasının məzmunu və formaları ilə bağlı konkret təkliflər gözləyir.

Oral Mədənçi, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO