Əfqanıstanı son tərk edən ABŞ hərbçisinin FOTOSU yayıldı

Əfqanıstanı son tərk edən ABŞ hərbçisinin FOTOSU yayıldı

Hazırda oxunan: Əfqanıstanı son tərk edən ABŞ hərbçisinin FOTOSU yayıldı
34916
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Əfqanıstanı tərk edən sonuncu hərbçisinin fotosunu yayıb. 

Bizim.Media xəbər verir ki, Pentaqonun rəsmi Tvitter hesabında dərc edilmiş və infraqırmızı kamera ilə çəkilmiş fotoda general-leytenant Kris Donahyu əks olunub.

O, ABŞ ordusunun 18-ci hava-desant korpusunun komandanıdır. Fotoya əsasən general əlində avtomat ABŞ Hərbi Hava Qüvvələrinin C-17 nəqliyyat təyyarəsinin göyərtəsinə qalxır. Onun təyyarəyə minməsindən sonra ABŞ Əfqanıstandan qoşunlarının çıxarılmasının başa çatdığını rəsmən elan edib.

Əfqanıstanda bir nəfər də olsun ABŞ hərbçisinin qalmadığını daha əvvəl-avqustun 31-nə keçən gecə ABŞ Mərkəz komandanlığının rəhbəri, general Kennet Makkenzi bəyan etmişdi.

O bildirib ki, bütün Əfqanıstan hərbi kampaniyası zamanı ABŞ ordusu 2461 hərbçisini və mülki şəxsini itirib. Daha 20 minə yaxın ABŞ vətəndaşı yaralanıb.
 

“Taliban” nümayəndəsi Zabihulla Mücahid isə bəyan edib ki, ABŞ qoşunlarının çıxarılması ilə Əfqanıstan müstəqilliyinə qovuşub.


Xatırladaq ki, ABŞ Əfqanıstandan qoşunlarını mayın sonlarından etibarən çıxarmağa başlayıb, buna paralel olaraq “Taliban” sürətlə ölkənin vilayətlərini tutub, hökumət qüvvələrini sıxışdırıb. Avqustun 15-də isə “Taliban” paytaxt Kabili döyüşsüz tutub və Əfqanıstanda hakimiyyəti ələ alıb. (virtualaz.org)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO