Zelenski Merkellə dil tapa bilmədi – Berlin Kiyevi Moskvanın ayağına verdi?

Hazırda oxunan: Zelenski Merkellə dil tapa bilmədi – Berlin Kiyevi Moskvanın ayağına verdi?

28764

“Ukrayna prezidenti alman kansler Angela Merkellə bəzi məsələlərdə ortaq dil tapa bilməyib”, - Zelenskinin məsləhətçisi belə düşünür.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, Almaniyanın kansleri Merkel Ukrayndansa, Rusiyanı tərcih edib.

Belə qənaətdə olan Kiyevin üçtərəfli kontakt qrupunun məsləhətçisi, hərbi-siyasi ekspert Aleksey Arestoviç bu sözləri “Ukrayna 24” telekanalına müsahibəsində deyib.

Arestoviçin sözlərinə görə, Zelenskinin Almaniya səfəri kanslerlə danışıqları nəticəsiz qalıb:

“Xanım Merkel, 7 il dözdü-dözdü, amma axır-əvvəl Ukrayna maraqlarını Rusiyanın xeyirinə satdı. Mən belə başa düşürəm ki, almanlar bunu alman milli maraqlarının müdafiəsi kimi dəyərləndirir. Amma bunun nəticəsi Ukrayna üçün ağır ola bilər. Baydenin ətrafında da belələri var”

Bununla yanaşı, Aleksey bildirib ki, dünyada Çinin nüfuzu artır və qərb bundan çox narahatdır.

Qərbin Kreml ilə yumşaq xətt tutması Pekinə qarşı Rusiyadan istifadə ilə əlaqədardır.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO