Qızıl tabutla basdırıldı - FOTO

Qızıl tabutla basdırıldı - FOTO

Hazırda oxunan: Qızıl tabutla basdırıldı - FOTO
267072
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ailəsi və İngiltərədəki qaraçı icmasının “kral”ı kimi tanınan Frenk Tompson bərk qızıl tabutda torpağa tapşırılıb.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, o, döş qəfəsinin infeksiyasından dünyasını dəyişib.

Ailəsi qaraçı ənənələrinə sadiq qalaraq Tompson üçün dəbdəbəli dəfn mərasimi hazırlayıb.

Qızıl tabutun qiymətinin altı rəqəmli olduğu, xərcin xaricdən maliyyələşdirildiyi və gəlişinin həftələr çəkdiyi bildirilir.

Tabut 6 gün ərzində lüks avtomobillə İngiltərənin müxtəlif yerlərində ailə və dostlarının qəbiristanlıqlarına aparılıb.

Sonda Tompsonun cənazəsi Cənubi Londondakı qəbiristanlıqda dəfn edilib. Bir il ərzində onun üçün nəhəng mərmər məzarın tikiləcəyi açıqlanıb.

"O, çox böyük bir ailənin başçısı idi, ailənin şahı idi, hamı ona pərəstiş edirdi. Biz ona ən yaxşı tabutu hazırlatmaq istədik”, - deyə ailə dostlarından biri söyləyib.

Qeyd edək ki, Frenk Tompson 2011-ci ildə üç şəriki ilə birlikdə yaşlı insanların yollarını və səkilərini düzəldəcəklərini vəd edərək dələduzluq yolu ilə 1,3 milyon funt-sterlinq vəsaiti ələ keçiriblər.

Dəstə yaşlı insanları hədsiz rüsum ödəməyə məcbur edib və sistematik fırıldaqçılıq ittihamı ilə 20 il həbs cəzasına məhkum edilib.

Tompson və onunla əlbir olan şəxslər yutub videosu ilə ifşa olub. Belə ki, onlar yaşlıları necə aldadaraq plunu aldıqlarına dair video çəkərək paylaşıblar. (Ölkə.Az)

Qızıl tabutla basdırıldı - FOTO - foto 1
Qızıl tabutla basdırıldı - FOTO - foto 2
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO