Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən faydalı 4 ədviyyat

Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən faydalı 4 ədviyyat

Hazırda oxunan: Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən faydalı 4 ədviyyat
263437
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yüksək təzyiqdən əziyyət çəkənlər duzdan mümkün olduğu qədər az istifadə etməlidirlər. Belə xəstələr yeməkləri dadlandırmaq üçün ədviyyatlara üstünlük verə bilərlər.

Bizim.Media xəbər verir ki, bu barədə dietoloq Serhio Torres bildirib.

Onun sözlərinə görə, qara istiot, sarıkök, reyhan və kəklikotu qan təzyiqini artırma riski olmadan yeməyin dadını yaxşılaşdırır.

Həkim xatırladıb ki, həddindən artıq duz istehlakı maye balansını pozur.
 

Duz bədəndə mayenin saxlanmasına və dövran edən qanın həcminin artmasına səbəb olur. Bu da öz növbəsində qan damarlarının divarlarına təzyiqi artırır.


Həkim ürək-damar sisteminin sağlamlığını qorumaq üçün pəhrizə tərəvəz, meyvə, paxlalı bitkilər və yüksək miqdarda Omeqa-3 ehtiva edən məhsullar əlavə etməyi də məsləhət görüb.

Məsələn, balıq, çərəzlər və zeytun yağı Omeqa-3 ilə zəngindir.

Mütəxəssis daha çox su içməyin zəruriliyini də xüsusi vurğulayıb. (Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO