Rusiya Kiyevi BOMBALADI - Şəhər alovlar içində - FOTO/VİDEO

Rusiya Kiyevi BOMBALADI - Şəhər alovlar içində - FOTO/VİDEO

Hazırda oxunan: Rusiya Kiyevi BOMBALADI - Şəhər alovlar içində - FOTO/VİDEO
253871
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə qarşı kütləvi hücum həyata keçirib. Hücum zamanı həm pilotsuz uçuş aparatlarından (PUA), həm də raketlərdən istifadə olunub. Hücum nəticəsində şəhərin müxtəlif rayonlarında dağıntılar və yanğınlar qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə RBK-Ukrayna məlumat yayıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının verdiyi məlumata görə, paytaxtın 7 rayonunda dağıntılar qeydə alınıb. Bəzi çoxmərtəbəli binalarda və fərdi yaşayış evlərində qismən dağıntılar və yanğınlar baş verib.

Bundan əlavə, avtomobillər və anbar binaları da alışıb. Yanğınlar və dağıntıların aradan qaldırılması istiqamətində fövqəladə xidmətlər işlərini davam etdirir.


Şəhər sakinlərinə sığınacaqlarda qalmaq, səslənən hava hücumu siqnallarına ciddi əməl etmək, dağıntı baş vermiş ərazilərdən uzaq durmaq və rəsmi məlumatları izləmək tövsiyə olunur.

Rusiya ordusunun son həftələrdə Ukraynanın enerji infrastrukturuna, mülki obyektlərinə və şəhərlərinə qarşı hücumlarının intensivliyi artmaqdadır. Bu hücumlar beynəlxalq ictimaiyyət tərəfindən mülki əhalinin təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndirilir.

Rusiya Kiyevi BOMBALADI - Şəhər alovlar içində - FOTO/VİDEO - foto 1
Rusiya Kiyevi BOMBALADI - Şəhər alovlar içində - FOTO/VİDEO - foto 2


Rusiya Kiyevi BOMBALADI - Şəhər alovlar içində - FOTO/VİDEO - foto 3
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO