Bill Qeytsin maşınını görənlər inanmadı – FOTO

Bill Qeytsin maşınını görənlər inanmadı – FOTO

Hazırda oxunan: Bill Qeytsin maşınını görənlər inanmadı – FOTO
242333
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir çox insanlar hesab edir ki, milyarderlər öz statuslarını başqalarına göstərmək üçün lüks avtomobil sürməyə üstünlük verirlər. Bununla belə, istisnalar var.

Bizim.Media xəbər verir ki, "Top Speed" jurnalı "Microsoft"un həmtəsisçisi Bill Qeytsin sevimli avtomobili haqqında məlumat verib. Milyarderin seçimi olduqca gözlənilməz olub.

Qeyd olunur ki, Meyers qardaşlarının podkasti zamanı Qeyts sevimlisi olan kompakt elektrik avtomobilinin olduğunu paylaşıb. Bu qırmızı rəngli "Fiat 500e RED Edition"dır.

Milyarder bildirib ki, avtomobil onların birgə xeyriyyə işləri nəticəsində irlandiyalı musiqiçi Bono tərəfindən hədiyyə edilib. Onlar qlobal sağlamlıq proqramları üzərində işləyən təşkilatlara yardım göstərirlər.
 

Qeyts əlavə edib ki, onun daha dəbdəbəli elektrik avtomobili də var - Porsche Taycan. Bununla belə, ona ən müsbət emosiyalar verən "Fiat 500e"dir.


"İnsanların yanından keçəndə onlar məni belə kiçik avtomobildə görəndə təəccüblənirlər", - milyarder deyib.

Nəşr xatırladıb ki, Fiat 500e kompakt elektrik hetçbekdir. Bu model Avropa ölkələrində ən populyardır.

Bundan əlavə, Fiat 500e xoş idarəetməyə malikdir və onun kiçik batareyası kifayət qədər tez doldurulur. Jurnalistlər gündə 200 kilometrdən az sürən, lakin əla kompakt elektrik avtomobili axtaran sürücülərə bu modelə diqqət etməyi tövsiyə ediblər. (Lent.az)

Bill Qeytsin maşınını görənlər inanmadı – FOTO - foto 1
Bill Qeytsin maşınını görənlər inanmadı – FOTO - foto 2
Bill Qeytsin maşınını görənlər inanmadı – FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO