50 ildən sonra gələcəyimiz necə olacaq? - İlon Maskdan sensasion AÇIQLAMA - VİDEO

50 ildən sonra gələcəyimiz necə olacaq? - İlon Maskdan sensasion AÇIQLAMA - VİDEO

Hazırda oxunan: 50 ildən sonra gələcəyimiz necə olacaq? - İlon Maskdan sensasion AÇIQLAMA - VİDEO

21870

Xəbər verdiyimiz kimi, Rusiyanın "Bilik" elmi cəmiyyətinin təşkilatçılığı ilə Moskva, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Soçi, Vladivostok, Novosibirsk, Kalininqrad şəhərlərində üç günlük "Yeni Bilik" marafonu keçirilir. Tədbir proqramında 100-dən çox müzakirə, mühazirə, müsahibə, açıq dərs və ustad dərsləri var. Təşkilatçılar marafonda üç mindən çox qeydiyyatdan keçmiş iştirakçının olduğunu qeyd ediblər. 

Bundan əvvəl marafonun ilk günündə onlayn yayıma beş milyondan çox baxış sayının olduğu bildirilib.

Açılış mərasimində Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko, prezidentin köməkçisi Andrey Fursenko, Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy, Kurçatov İnstitutu Tədqiqat Mərkəzinin prezidenti Mixail Kovalçuk, kinorejissor və prodüser Timur Bekmambetov və başqaları çıxış ediblər.

Hazırda marafonun spikerləri Rusiya Federasiyasının Elm və Ali Təhsil Naziri Valeri Falkov, Rusiya Federasiyası Prezidentinin Mətbuat Katibi Dmitri Peskov, Xarici İşlər Naziri Sergey Lavrov, Rusiya Federasiyası Prezidentinin Köməkçisi Vladimir Medinski, Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Çernışenkodur. 

Dmitri Peskov çıxışı zamanı sözü amerikalı iş adamı, Tesla və SpaceX-in qurucusu İlon Maska verib və marafona qatıldığı üçün təşəkkür edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

"Salam, İlon. Bunlar rusiyalı gənclərdir, ölkəmizin gələcəyidirlər. Onlar biliyi sevirlər. Əlbəttə, sizin kimi bir insanla əlaqə qurduqlarına görə xoşbəxtdirlər və bizimlə olduğunuz üçün sizə təşəkkür edirəm. Sizdən bir xahişim var. Çox qısa danışa bilərsiniz, cəmi bir neçə dəqiqə. Uşaqlara gələcəyimizi 50 ildən sonra necə gördüyünüzü və bunun üçün nə etdiyinizi izah edin".

Həmin görüntüləri sizə təqdim edirik.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO