İsrail ordusunun Livanda ilk itkiləri: 8 hərbçi HƏLAK OLUB

İsrail ordusunun Livanda ilk itkiləri: 8 hərbçi HƏLAK OLUB

Hazırda oxunan: İsrail ordusunun Livanda ilk itkiləri: 8 hərbçi HƏLAK OLUB
214342
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrail ordusu Livanın cənubundakı əməliyyatların gedişində verdiyi ilk itkiləri açıqlayıb.

Bizim.Media “Times of Israel” qəzetinə istinadla xəbər verir ki, “Hizbullah”la döyüşlərdə səkkiz israilli əsgər həlak olub. Ölənlər arasında üç kapitan, iki baş çavuş da var.

Oktyabrın 1-dən İsrail Livanın cənubunda “Hizbullah” qüvvələrinə qarşı yerüstü əməliyyat keçirir və Beyruta havadan zərbələr endirməkdə davam edir. Bu hücumlar nəticəsində mindən çox insan həyatını itirib, 90 min nəfər qaçqın vəziyyətinə düşüb. İtkilərə baxmayaraq, qarşı tərəf İsrail ərazisinə raket hücumlarını dayandırmır.

İsrail mediasının yazdığına görə, əməliyyatların məqsədi “Hizbullah”ın hava hücumları səbəbindən bir il əvvəl ölkənin şimal ərazilərindən təxliyə olunmuş 60 min israillinin geri qayıtmasını təmin etməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO