Mossad-ın keçmiş rəhbəri ÖLDÜ

Mossad-ın keçmiş rəhbəri ÖLDÜ

Hazırda oxunan: Mossad-ın keçmiş rəhbəri ÖLDÜ

171775

İsrailin məxfi kəşfiyyat orqanı olan Mossad-ın keçmiş rəhbəri Zvi Zamir vəfat edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, onun 99 yaşı vardı.

Z.Zamir 1968-1974-cü illərdə Mossad-a rəhbərlik edib. O, xüsusi xidmət orqanının dördüncü rəhbəri olub.

“Mossad-ın dördüncü rəhbəri (1968-1974) Zvi Zamir ötən gecə vəfat edib. Zvi Zamir Mossad-ın rəhbəri olduğu müddətdə bütün dünyada Fələstin terroru və hərbi təhlükə ilə mübarizəyə yönəlmiş genişmiqyaslı tədbirlər həyata keçirilib”, - deyə İsrail Baş nazirinin ofisinin məlumatında bildirilib.

Baş nazirin ofisi Zamirin Fələstin terroru ilə mübarizədə qətiyyətli yanaşma tərəfdarı olduğunu qeyd edib.

"Onun rəhbərliyi altında Mossad kəşfiyyat məlumatlarının toplanması və terror hücumlarının qarşısının alınması üçün cəsarətli əməliyyatlar həyata keçirib. Bu mübarizə Münhendə israilli idmançıların qətlinə görə məsuliyyət daşıyan “Qara sentyabr” təşkilatının liderlərinin dünya miqyasında axtarışını və məhvini əhatə edirdi", - ofis əlavə edib.
Zamirin rəhbərliyi altında Mossad İsrailin regiondakı gizli əlaqələrini genişləndirib və çoxsaylı mənbələr cəlb edib ki, onlardan ən məşhuru “Mələk” təxəllüsü ilə fəaliyyət göstərən agent idi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO