Ermənilər ABŞ-da yenə pul dilənməyə başladı

Ermənilər ABŞ-da yenə pul dilənməyə başladı

Hazırda oxunan: Ermənilər ABŞ-da yenə pul dilənməyə başladı
16580
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Erməni diasporu ABŞ Konqresindən Ermənistan və Qarabağ üçün 100 milyon dollardan çox yardım tələb edib. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniatoday.news” saytı yayıb.

Mənbə yazır ki, Amerikanın Erməni Milli Komitəsi Konqresin erməni məsələləri üzrə işçi qrupunun ermənilərə yardım tələbi qaldırdığını açıqlayıb. 

Müvafiq təklif konqresmenlər Frank Pallone, Jackie Speyer və Adam Schiff tərəfindən ünvanlanan məktubda yer alıb. 

ABŞ Nümayəndələr Palatasının Xarici Əməliyyatlar üzrə Yardım Komitəsinin rəhbəri Barbara Linin adına ünvanlanan müraciətdə vəsaitin mənzil, ərzaq təhlükəsizliyi, su təchizatı və kanalizasiya, tibbi yardım və qaçqınlara yardım, reabilitasiya və infrastruktur ehtiyaclarına xərclənəcəyi qeyd olunur.  

Maliyyənin Qarabağ ermənilərinə birbaşa yardım üçün nəzərdə tutulduğu bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO