Bişkekdə MDB XİN başçılarının Şurası işinə başladı - FOTO

Bişkekdə MDB XİN başçılarının Şurası işinə başladı - FOTO

Hazırda oxunan: Bişkekdə MDB XİN başçılarının Şurası işinə başladı - FOTO

159476

Qırğız Respublikasının paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurası öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb.

Xarici işlər nazirləri MDB-nin əməkdaşlıq gündəliyində əsas yer tutan, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasında iştirak edir.
C.Bayramov Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayevlə görüşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO