Serbiya və Türkiyə prezidentləri regional məsələləri müzakirə etdilər

Serbiya və Türkiyə prezidentləri regional məsələləri müzakirə etdilər

Hazırda oxunan: Serbiya və Türkiyə prezidentləri regional məsələləri müzakirə etdilər
151659
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Serbiya Prezidenti Aleksandar Vuçiç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkələr arasında ikitərəfli münasibətlər və regional məsələlərlə bağlı müzakirə aparıblar.

Bizim.Media xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşün əhəmiyyətini qeyd edən Aleksandar Vuçiç Türkiyə ilə münasibətləri ən yaxşı səviyyədə saxlamağın ölkəsi üçün çox vacib olduğunu bildirib.

Serbiya Prezidenti bu görüşü qarşılıqlı maraq doğuran bütün sahələrdə onsuz da yaxşı olan Serbiya-Türkiyə əməkdaşlığının gücləndirilməsi istiqamətində növbəti addım kimi qiymətləndirib.
A.Vuçiç türkiyəli həmkarı ilə görüşdə regionda sülh və sabitliyin qorunmasının vacibliyindən danışıb, Türkiyənin bu istiqamətdə konstruktiv fəaliyyətinə ümid bəslədiklərini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO