Gürcüstanda Lavrovun qızı və kürəkəninin səfərinə belə ETİRAZ ETDİLƏR - VİDEO 

Hazırda oxunan: Gürcüstanda Lavrovun qızı və kürəkəninin səfərinə belə ETİRAZ ETDİLƏR - VİDEO 

137040

Sergey Lavrovun qızı Yekaterina Vinokurovanın əri ilə qardaşının dəbdəbəli toyunda iştirak etmək üçün Gürcüstana getməsi ilə bağlı mətbuatda yayılan xəbərlərdən sonra narazı gürcülər toy mərasimlərinin keçiriləcəyi yerə toplaşmağa başlayıblar. 

Bizim.Media xəbər verir ki, qonaqların gəlişinə etiraz edən narazı kütlə Kaxetidə etiraz aksiyası keçiriblər. 

Gürcüstan mətbuatının məlumatına görə, etirazçılarla polis əməkdaşları arasında toqquşma olub. Nəticədə 16 nəfər aksiya iştirakçısı saxlanılıb. 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 10-da imzaladığı fərmanla 2019-cu ilin iyun ayından qüvvədə olan Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına qoyulan qadağanı ləğv edib. Bu isə gürcülərin narazılığına səbəb olub, bu minvalla ölkədə bir neçə gündür etiraz aksiyaları keçirilir. 

 


 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO