İranda çörəklə bağlı etirazlar BAŞLAYIB - FOTO

İranda çörəklə bağlı etirazlar BAŞLAYIB - FOTO

Hazırda oxunan: İranda çörəklə bağlı etirazlar BAŞLAYIB - FOTO
136780
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlər yaranan çörək qıtlığı Ərdəbildə əhalinin narazılığına səbəb olub. Mayın 18-də Ərdəbildə çörək sexlərinin sahibləri etiraz aksiyası keçiriblər. Bu barədə yerli mətbuat və sosial media kanalları məlumat yayıb.

Bizim.Media xəbər verir ki, Taxıl və Ticarət Baş İdarəsi qarşısına toplaşan etirazçılar onlar üçün ayrılan un kvotasının azaldılmasından narazılıq ediblər.

Narazılar Ərdəbildə yenidən çörək qıtlığının yaşandığını, çörək mağazaları qarşısında uzun növbələrin yarandığını və vətəndaşlarla çörək sexləri işçiləri arasında qarşıdurmalar baş verdiyini bildiriblər.
Qeyd edək ki, bundan öncə, 2022-ci ilin ikinci yarısında bir çox şəhərlərdə, o cümlədən Ərdəbildə müxtəlif növ çörəklərin qiyməti kəskin artıb və istehsalı azalıb. Buna baxmayaraq, İran hökuməti Livana və "Hizbullah" təşkilatına böyük miqdarda taxıl və un göndərməyə davam edir.

İranda çörəklə bağlı etirazlar BAŞLAYIB - FOTO - foto 1

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO