Beynəlxalq təşkilatların nümayəndələri ağac əkməklə təbiətə töhfə veriblər - FOTO 

Beynəlxalq təşkilatların nümayəndələri ağac əkməklə təbiətə töhfə veriblər - FOTO 

Hazırda oxunan: Beynəlxalq təşkilatların nümayəndələri ağac əkməklə təbiətə töhfə veriblər - FOTO 

129370

Milli Su Siyasəti Dialoqunun növbəti görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan BMT-nin Avropa İqtisadi Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avstriyanın Ətraf Mühit Agentliyi, Beynəlxalq Təbiəti Mühafizə İttifaqı və Fransanın Beynəlxalq Su Ofisinin nümayəndələri, eyni zamanda, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin və bir sıra dövlət qurumlarının əməkdaşları Xocəsən gölü ətrafında həyata keçirilən ekoloji bərpa tədbirləri ilə tanış olublar. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, iştirakçılara tədbirin proqramına uyğun olaraq “Təbiət əsaslı həllər” (Nature Based Solutions) yanaşması tətbiq etməklə həyata keçirilən ekoloji bərpa tədbirlərinə nümunə kimi Xocəsən gölünün ətrafında aparılan yaşıllaşdırma tədbirləri barədə məlumat verilib. 

Gölün ətrafında 201 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 160 mindən çox ağacın əkilməsi, yaşıllıqların suvarılmasında Xocəsən gölünün suyunun mexaniki təmizlənərək müasir damcılı suvarma sistemi vasitəsilə yenidən istifadəsi diqqətə çatdırılıb.

Ərazidə görülən işlər iştirakçılar tərəfindən maraqla qarşılanıb və ətraf mühitə ayrılan diqqət yüksək qiymətləndirilib. 

Daha sonra həyata keçirilən tədbirlərə dəstək olaraq beynəlxalq ekspertlər tərəfindən ərazidə Eldar şamı, zeytun ağacları və oleandr kolu əkilib. 

Qeyd edək ki, aprelin 5-6-da Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Avropa İttifaqı Ətraf Mühit Naminə (EU4Environment) Proqramının Su və ekoloji məlumatlar fəaliyyəti çərçivəsində su ehtiyatlarının səmərəli idarə edilməsi ilə bağlı Milli Su Siyasəti Dialoqunun növbəti görüşü keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO