İstanbulda avtobus dayanacağa çırpıldı, yaralılar arasında azərbaycanlı da var – VİDEO- YENİLƏNİB

İstanbulda avtobus dayanacağa çırpıldı, yaralılar arasında azərbaycanlı da var – VİDEO- YENİLƏNİB

Hazırda oxunan: İstanbulda avtobus dayanacağa çırpıldı, yaralılar arasında azərbaycanlı da var – VİDEO- YENİLƏNİB
118141
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi bu gün İstanbulun Baxçalıevlər rayonunda avtobus dayanacağa çırpılıb, nəticədə  1 nəfər ölüb, 5 nəfər yaralanıb.  

Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, qəzada xəsarət alanlar arasında Azərbaycan vətəndaşı da var. 

Məlumata görə, təcili tibbi yardım maşınları ilə ətraf xəstəxanalardan birinə çatdırılan həmyerlimiz Əhməd Rzayevin vəziyyətinin ağır olduğu bildirilib. 

Yaralılar arasında Əlcəzair vətəndaşı da var. 

Qəza nəticəsində fiziki  qüsurlu 51 yaşlı Hikmət Kaya hadisə yerində ölüb. 

Avtobus sürücüsü saxlanılaraq polis bölməsinə aparılıb. 
 
22.52

İstanbulun Baxçalıevlər rayonunda avtobus dayanacağa çırpılıb.  

Bizim.Media xəbər verir ki, qəzada 1 nəfər ölüb, 5 nəfər yaralanıb. 

Məlumata görə, D-100 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus idarəetmədən çıxaraq ticarət mərkəzinin yaxınlığındakı dayanacaq qarşısında mikroavtobusa çırpılıb. 

Hadisə yerinə polis və təcili yardım briqadası cəlb edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO