
- A-
- A
- A+
Finlandiya Ukraynaya 11-ci hərbi yardım paketi GÖNDƏRİR – Lakin məzmunu AÇIQLAMIR
Finlandiya Hökuməti Ukraynaya 11-ci hərbi yardım paketi göndərəcəyini açıqlayıb.
Bizim.Media xarici KİV-ə isrtinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bununla bağlı bu gün Finlandiya Prezidenti Hökumət Şurasının təklifi əsasında qərar qəbul edib.
Hərbi yardımın dəyəri 28,8 milyon avro təşkil edir. Ölkədən indiyə qədər Ukraynaya tədarük edilən bütün müdafiə yardımının ümumi dəyəri hazırda 189,2 milyon avro təşkil edir.
Qeyd olunub ki, yardımın təhlükəsiz çatdırılmasına zəmanət vermək üçün onun mənşəyi, çatdırılma üsulu və qrafiki açıqlanmayacaq və əlavə yardım göndərilərkən həm Ukraynanın ehtiyacları, həm də Müdafiə Qüvvələrinin resurs vəziyyəti nəzərə alınıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































