Şuşa ilə Cənubi Koreyanın bu şəhəri QARDAŞLAŞIB - FOTO 

Şuşa ilə Cənubi Koreyanın bu şəhəri QARDAŞLAŞIB - FOTO 

Hazırda oxunan: Şuşa ilə Cənubi Koreyanın bu şəhəri QARDAŞLAŞIB - FOTO 
104957
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə və Cənubi Koreyanın Andonq şəhəri arasında qardaşlaşma memorandumu imzalanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə  Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov şəxsi “Twitter” hesabında paylaşım edib: 

“İmzalanmış sənədə əsasən, qardaşlaşmış iki şəhər mədəni, sosial və iqtisadi münasibətləri, eləcə də dostluq əlaqələrini inkişaf etdirmək və birgə fəaliyyət sahələrini genişləndirmək niyyətini ifadə edir”. 

Müvafiq memorandumu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Andon şəhərinin meri Kvon Ki Çanq imzalayıblar. 

Qeyd edək ki, Şuşa şəhəri ilə Cənubi Koreyanın Andonq, Perunun Kusko, Yunanıstanın Korinf tarixi şəhərləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. 

Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO