Şuşada Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb  

Şuşada Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb  

Hazırda oxunan: Şuşada Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb  
86084
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qoşulmama Hərəkatının (QH) Gənclər Sammitinin Şuşa sessiyası öz işinə başlayıb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Sammit iştirakçıları 25-28 iyul tarixlərində keçirilmiş Bakı sessiyasında razılaşdırdıqları sənədləri Şuşada qəbul ediblər. 

Şuşa Akkordu (Şuşa razılaşması) kimi adlandırılan sənədə əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin QH sədri qismində təşəbbüsü ilə 2021-ci ilin 4 oktyabr tarixində təsis edilmiş QH Gənclər Şəbəkəsi əsasında QH Gənclər Təşkilatı yaradılıb.

Daimi katibliyi Bakı şəhərində yerləşəcək QH Gənclər Təşkilatının nizamnaməsi və təşkilatın loqo və bayrağı da Sammitin Şuşa sessiyası çərçivəsində bu gün təsdiq edilib. 
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, QH ölkələrinin nümayəndələrinin iştirakı ilə QH Gənclər Sammitinin nəticələri və QH Gənclər təşkilatının gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO