Əmək müqavilələri tam elektron formatda imzalanacaq - Bu tarixdən 

Əmək müqavilələri tam elektron formatda imzalanacaq - Bu tarixdən 

Hazırda oxunan: Əmək müqavilələri tam elektron formatda imzalanacaq - Bu tarixdən 
71288
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Yeni “Əmək münasibətləri və məşğulluq altsistemi” (ƏMAS) mayın 1-dən istifadəyə veriləcək. Bununla da əmək müqavilələri tam elektron formatda imzalanacaq. Bu günə qədər yalnız bildirişlər sistemi idisə, bundan sonra tam əmək müqaviləsi elektron olacaq”.

Bizim.Media xəbər verir ki, bunu “Sahibkarlar Günü”nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nəzərdə tutulan yeniliklər haqqında danışarkən bildirib.

O bildirib ki, mərhələlərlə məşğulluq reyestri, ölkə üzrə məşğulluq xəritəsi və digər bu istiqamətdə yeniliklər təqdim olunacaq:

“Düşünürük ki, ilin sonuna qədər artıq Azərbaycanda hər bir işəgötürənin, hər bir sahibkarın tam şəkildə çıxış əldə etdiyi ESPİ, İRP kimi sistemlərə bərabər elektron əmək inzibatçılığı sistemi olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO