"Güllələnmiş heykəllər"in Azərbaycana qaytarılması üçün nə qədər pul xərclənib? – RƏSMİ

Hazırda oxunan: "Güllələnmiş heykəllər"in Azərbaycana qaytarılması üçün nə qədər pul xərclənib? – RƏSMİ
70738
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Erməni işğalı nəticəsində qarət edilərək Gürcüstana aparılan "Güllələnmiş heykəllər"in alınmasına xərclənən məbləğ açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov "Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri" adlı Beynəlxalq Elmi Konfransda çıxışı zamanı danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün “güllələnmiş heykəllər”i Şuşaya qaytarıldı - FOTO


O bildirib ki, heykəllərin alınması və Azərbaycana gətirilməsi üçün 500 min dollar xərclənib:

"Həmin heykəllərin Gürcüstanda metal kimi satılmasına cəhd olmuşdu. Gürcüstan hökümətinin köməyi ilə heykəllər alınaraq, Azərbaycana gətirilib. Artıq həmin heykəllər bərpa edilib və Şuşada, öz tarixi yerindədir".

İcraçı direktor eyni zamanda, kilsələrdən 800 yaşı olan freskanın ermənilər tərəfindən oğurlanması faktını da diqqətə çatdırıb:

"2000-ci ilin 23 dekabrında erməni keşiş müsahibəsi zamanı etiraf etmişdi ki, kilsədəki 800 illik freskanı qoparıb Ermənistana aparmışıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO