Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Hazırda oxunan: Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
648366
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər.

Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar. Komandalar müasir süni intellekt alətlərindən istifadə edərək müxtəlif texnoloji həllər üzərində çalışıb, ideyalarını praktik layihələrə çeviriblər.
 

Hakaton zamanı gənclər texniki bilikləri ilə yanaşı, komanda işi, problem həlletmə və yaradıcı düşünmə bacarıqlarını da nümayiş etdiriblər. Hazırlanan layihələr funksionallıq, texnoloji yanaşma, istifadəçi təcrübəsi və təqdimat meyarları əsasında qiymətləndirilib.


Hakatonun sonunda fərqlənən komandalar Bakcell tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıb.

Bakcell bu kimi təşəbbüslərlə gənc istedadların inkişafına və onların rəqəmsal bacarıqlarının gücləndirilməsinə dəstəyini davam etdirir.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - foto 1
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - foto 2
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - foto 3
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - foto 4
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO