Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Hazırda oxunan: Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

640083

Bir neçə gün əvvəl Bakının Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib.

Bizim.Media İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayonunun Dəllər qəsəbəsində yaşayan, 1982-ci il təvəllüdlü Eynur Səfərov özəl klinikada əməliyyat olunub.

Xəstəxanadan onun səhhətinin normallaşdığı bildirilərək evə buraxıldığı qeyd edilib. Şəmkirə qayıdan 44 yaşlı kişi orada özünü pis hiss edib və yaxınları tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Lakin o, qısa müddət sonra vəfat edib.

Məsələ ilə bağlı "Olimp Hospital"ın mövqeyini öyrənmək üçün klinikaya sorğu ünvanlansa da, cavab verilməyib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə sorğuya cavab olaraq bildirilib ki, 1982-ci il təvəllüdlü şəxs (kişi) sentyabrın 29-da saat 22:40-da Şəmkir RMX-nin Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub.

Bildirilib ki, ona dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması diaqnozu təyin edilib, zəruri tibbi xidmətlər göstərilib.

Pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və sentyabrın 30-da saat 07:45-də bioloji ölüm faktı qeydə alınıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO