TƏBİB-in satınalma şöbəsinin müdiri Aysel Bayramova öz istəyi ilə vəzifəsindən azad olunub

TƏBİB-in satınalma şöbəsinin müdiri Aysel Bayramova öz istəyi ilə vəzifəsindən azad olunub

Hazırda oxunan: TƏBİB-in satınalma şöbəsinin müdiri Aysel Bayramova öz istəyi ilə vəzifəsindən azad olunub
640046
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnzibati İdarəetmə departamentinin Satınalma və təchizat şöbəsinin müdiri Aysel Bayramova öz istəyi ilə vəzifəsindən azad olunub.

Bizim.Media xəbər verir ki, o, Azərbaycanın peşəkar su mühəndisliyi şirkəti olan “Aqualink”də fəaliyyətə başlayıb.

Müvafiq əmrlə A.Bayramova “Aqualink” şirkətinin Satınalma, təchizat və tenderlər şöbəsinin müdiri təyin olunub. 

Qeyd edək ki, A.Bayramova 2022-2024-cü ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində baş məsləhətçi, 2024-2026-cı ildə TƏBİB-də şöbə müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, Azərbaycan brendi “Aqualink” 2010-cu ildən fəaliyyət göstərir. Dünyanın 50-dən artıq qabaqcıl su mühəndisliyi və kimya şirkəti ilə tərəfdaşlığa malik olan şirkət indiyədək 200-dək iri layihə həyata keçirib və bir çox layihələrdə tərəfdaşlıq edib./Yurd.Media/

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO