Sumqayıtda məktəbdə zəhərlənən şagidlər evə buraxılıblar.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bu gün saat 10:20 radələrindən başlayaraq 21 nəfər (17 kişi cinsli, 4 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
"Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".
Qeyd edək ki, bu gün Sumqayıtda 36 nömrəli məktəbin 8-ci sinif şagirdləri zəhərlənib.
21 nəfər şagird tibb müəssisəsinə yerləşdirilib. AQTA zəhərlənmənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparır. Zəhərlənməyə səbəb kimi evdən gətirilmiş vaxtı keçmiş şokolad olduğu ehtimal olunur.
Fəridə, Bizim.Media





























































































