Sumqayıtda 36 nömrəli məktəbdə zəhərlənmə: şübhə şagirdin evdən gətirdiyi şokolada düşür

Sumqayıtda 36 nömrəli məktəbdə zəhərlənmə: şübhə şagirdin evdən gətirdiyi şokolada düşür

Hazırda oxunan: Sumqayıtda 36 nömrəli məktəbdə zəhərlənmə: şübhə şagirdin evdən gətirdiyi şokolada düşür
640001
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi bu gün səhər saatlarında Sumqayıt şəhər 36 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı bir qrup şagird zəhərlənib. Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb və zəhərlənən şagirdlər Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunublar.

Sumqayıt şəhər 36 nömrəli tam orta ümumtəhsil məktəbin təşkilati məsələlər üzrə direktor müavini Gülnarə Hüseynova Bizim.Media-ya açıqlamasında bildirib ki, zəhərlənmə halı 8-ci siniflərdən birində baş verib:

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb. Həmin qidadan istifadə etdikdən sonra məktəblilər özlərini pis hiss ediblər. Biz də aidiyyəti üzrə müraciət etdik və uşaqların hamısının yoxlanmasını istədik. Digər məsələlər isə hüquq mühafizə orqanları məşğul olurlar”.

Məsələ ilə bağlı AQTA-dan Bizim.Media-ya verilən açıqlamada bildirilib ki, ilkin araşdırmalara görə Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir:

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbində qeydə alınan zəhərlənmə hadisəsini dərhal nəzarətə götürərək araşdırmalara başlayıb. 

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür.

Aparılan ilkin araşdırmaların nəticələrinə görə, hadisəyə məktəbdə şagirdlərdən birinin təhsil müəssisəsinə gətirdiyi, istifadə müddəti bitmiş (vaxtı keçmiş) şirniyyat məhsulu səbəb olub.  Araşdırmalar davam edir. Görülən tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Sumqayıtda 36 nömrəli məktəbdə zəhərlənmə: şübhə şagirdin evdən gətirdiyi şokolada düşür - foto 1
Sumqayıtda 36 nömrəli məktəbdə zəhərlənmə: şübhə şagirdin evdən gətirdiyi şokolada düşür - foto 2
Sumqayıtda 36 nömrəli məktəbdə zəhərlənmə: şübhə şagirdin evdən gətirdiyi şokolada düşür - foto 3
Sumqayıtda 36 nömrəli məktəbdə zəhərlənmə: şübhə şagirdin evdən gətirdiyi şokolada düşür - foto 4

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO