Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir.
Bizim.Media nocomment.az-a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb.
Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananın baş həkimi təyin edilib.
Qeyd edək ki, yeni baş həkim uzun illər 1 nömrəli Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində, daha sonralar isə həmin xəstəxananın Urologiya şöbəsində uroloq-cərrah işləyib. İxtisasca uroloq-cərrah olan Mətləb Musayev həm də məşhur müğənni Mənzurə Musayevanın qardaşıdır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:33 / 16.09.2026
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına vəzifə verildi
Hazırda oxunan: Mənzurə Musayevanın işdən çıxarılan qardaşına vəzifə verildi
Hazırda oxunan: Mənzurə Musayevanın işdən çıxarılan qardaşına vəzifə verildi
636879
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































