Kəlbəcər və Laçın arasında məsafə 31,98 kilometr qısalacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, mürəkkəb dağlıq relyefdə inşa olunan 75,8 kilometrlik Kəlbəcər–Laçın avtomobil yolu I–II texniki dərəcəli, 2–4 hərəkət zolaqlı olacaq.
Layihə çərçivəsində 17 tunel, 7 viaduk, 14 körpü və 212 suötürücü keçid inşa olunur.
Ümumi uzunluğu 13 kilometrdən çox olan tunellərin hamısında qazma, 12-də isə betonlama işləri tamamlanıb.
Tikinti sahələrində 2 085-dən çox işçi və 509 texnika çalışır. Hazırda layihə üzrə ümumi işlərin 50%-dən çoxu icra olunub.
Yeni yol Kəlbəcər və Laçın arasında gediş-gəlişi qısaltmaqla yanaşı, regionda yeni nəqliyyat dəhlizinin formalaşmasına xidmət edəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:26 / 22.08.2026
Kəlbəcərdən Laçına daha tez getmək mümkün olacaq – VİDEO
Hazırda oxunan: Kəlbəcərdən Laçına daha tez getmək mümkün olacaq – VİDEO
Hazırda oxunan: Kəlbəcərdən Laçına daha tez getmək mümkün olacaq – VİDEO
632452
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































