“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

Hazırda oxunan: “Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

631865

"Telegram" messenceri ".gram" adlı öz şəxsi domen zonasını əldə etmək üçün müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə platformanın təsisçisi Pavel Durov öz rəsmi kanalında məlumat verib.
 

İş adamı izah edib ki, əgər müraciət ICANN (İnternet Korporasiyası) tərəfindən bəyənilərsə, "Telegram"ın bir milyardlıq istifadəçi kütləsi özünün ikinci səviyyəli domenini əldə edə biləcək.


Durov nümunə çəkərək qeyd edib: "Məsələn, @durov istifadəçisi durov.gram, @monk isə monk.gram domenini əldə edəcək".

Sahibkar onu da əlavə edib ki, "Telegram"ın öz domenini əldə edəcəyi təqdirdə, istifadəçilər messencer daxilində yerləşdirilən interaktiv veb-saytları sadəcə bircə mesaj göndərməklə yarada biləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO