Rəsmi statistikaya əsasən 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda quşçuluq sahəsində əsas məhsullar üzrə müxtəlif istiqamətli dəyişikliklər qeydə alınıb. Hesabat dövründə 764,1 milyon ədəd yumurta istehsal olunub ki, bu da 4,3 faiz azalma deməkdir.
Nəzərə alaq ki, yumurta ən çox tələb olunan ərzaq məhsulları sırasındadır. Ölkəmizin yumurtaya olan tələbatı yerli istehsal hesabına ödənilir.
Yumurta istehsalında azalma ilk növbədə qıtlığa səbəb ola bilər. Bu isə qiymətlərin yüksəlməsi ehtimalını gündəmə gətirib.
Yumurta bahalaşacaq?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, yumurta istehsalında elə bir azalma yoxdur:
“Tələbata uyğun olaraq yumurta istehsal olunur. Heç bir qıtlıq gözlənilmir. Əksinə artıq yumurtanı aprel və may aylarında xaricə ixrac etmişik. Bizim hesablamalarımıza görə istehsal növbəti aylarda artacaq və iyun ayında yumurtanın qiyməti bir qədər ucuzlaşacaq”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:00 / 22.05.2026
Yumurta ucuzlaşacaq – Bu TARİXDƏN
Hazırda oxunan: Yumurta ucuzlaşacaq – Bu TARİXDƏN
Hazırda oxunan: Yumurta ucuzlaşacaq – Bu TARİXDƏN
614604
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































