Sara Əzimova tutduğu vəzifədən AYRILDI – FOTO

Sara Əzimova tutduğu vəzifədən AYRILDI – FOTO

Hazırda oxunan: Sara Əzimova tutduğu vəzifədən AYRILDI – FOTO

607628

Naxçıvan Muxtar Respublikasının “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova vəzifəsindən ayrılıb.

Bizim.Media xəbər verir ki, Sara Əzimova bu barədə sosial şəbəkə hesabında məlumat verib.
 

“17 yaşımdan fəaliyyətə başladığım “Şərq qapısı” qəzeti ilə yollarımız ayrılır. Bundan sonra Naxçıvanda həm yeni bir qurumda fəaliyyətimi davam etdirəcəyəm, həm də uzun zamandır üzərində çalışdığımız, yeni çağırışlara cavab verən media platformasının yaradılmasına start verəcəyəm.


Qeyd etməliyəm ki, səlahiyyətli nümayəndə Ceyhun Cəlilovun Baş nazir vəzifəsində olduğu dövrdə qəzetin maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkhaqlarının artırılması, “100 ilin qəhrəmanları” kitabının nəşri və digər layihələrə göstərdiyi dəstək danılmazdır.

“Şərq qapısı” qəzetinə təyin olunan yeni baş redaktor dürüstlüyü, vicdanı, çalışqanlığı və vətənpərvərliyi ilə seçilən həmkarımızdır. Layiqli təyinatdır. Halallaşdıq. Estafet etibarlı əllərdədir.

Bu illər ərzində kollektivimizlə fəaliyyətimiz hər zaman birgə əməkdaşlıq və qarşılıqlı hörmət üzərində qurulub. Bütün əməkdaşlara təşəkkür edirəm. Var olun, yoldaşlar.

Fəaliyyət göstərdiyim qurumlarda qüsursuz xidmətlə ayrılmaq isə mənim üçün böyük qazancdır”, - deyə Sara Əzimova bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO