Metro və avtobuslarda ödənişlər belə olacaq - VACİB AÇIQLAMA

Metro və avtobuslarda ödənişlər belə olacaq - VACİB AÇIQLAMA

Hazırda oxunan: Metro və avtobuslarda ödənişlər belə olacaq - VACİB AÇIQLAMA
585976
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gələcəkdə metro və avtobuslarda vahid, güzəştli tarif sisteminin tətbiqi mərhələli şəkildə həyata keçirilə bilər. Bəs, gələcəkdə metro və avtobuslarda vahid, güzəştli tarif sisteminin tətbiqi planlaşdırılırmı?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, yanvarın 1-dən etibarən ictimai nəqliyyatda brutto müqavilələrə keçid prosesi başlayacaq.

Onun sözlərinə görə, bu sistem daşıyıcıların maliyyə dayanıqlığını təmin və dövlət tərəfindən subsidiyalaşdırmanı özündə ehtiva edir.

“Brutto sistemə mərhələli keçid tamamlandıqca vahid bilet və güzəştli tarif paketlərinin formalaşması mümkün olacaq. Belə ki, gələcəkdə sərnişinlər üçün günlük, aylıq və illik biletlərin tətbiqi nəzərdə tutula bilər ki, bu da müxtəlif sosial güzəştləri əhatə edəcək”.

Rauf Ağamirzəyevin sözlərinə görə, yeni sistem çərçivəsində tranzit vaxtı anlayışı da tətbiq oluna bilər.

“Bu zaman sərnişinlər 60 və ya 90 dəqiqə ərzində bir nəqliyyat növündən digərinə əlavə ödəniş etmədən keçid edə biləcəklər. Xüsusilə uzaq ərazilərdən gələn vətəndaşlar bir dəfə ödəniş etməklə bir neçə nəqliyyat növündən istifadə imkanı qazanacaqlar”.

Ekspert vurğulayıb ki, bütün bu yeniliklər mərhələli şəkildə həyata keçiriləcək və daşıyıcıların sistemə inteqrasiyasından asılı olaraq tətbiq olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO