Bakıda müəllimlərin maaşı 823 manat olacaq - RƏSMİ AÇIQLAMA

Bakıda müəllimlərin maaşı 823 manat olacaq - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bakıda müəllimlərin maaşı 823 manat olacaq - RƏSMİ AÇIQLAMA

51202

“Təhsil sistemində 255 minə yaxın şəxs çalışır. Bu şəxslərin hamısı təhsil verən deyil. Onların müəyyən qismi müəllim, idarəedici, texniki işçilərdir”.

Bizim.Media xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşkil edilən canlı yayımda deyib.

İ.Vəliyev əlavə edib ki, dövlət ümumtəhsil müəssisələrimizdə təxminən 150 minə yaxın müəllim çalışır. Bunların təxminən 82 faizi ali təhsillidir:

"Bu gün onların orta aylıq vəzifə maaşları 564 manatdır. Bu maaş müəllimlərin pedaqoji stajlarından asılı olaraq dəyişir. 3 ildən 18 ilədək fərqli staj məbləğləri mövcuddur. Artımla müəllimlərin orta aylıq maaşı təxminən 674 manat təşkil edəcək. Bu, bir stavka – 18 saat dərs yükü üçün nəzərdə tutulmuş maaşdır. Bakıda bu dərs yükü təxminən 22 saatdır, onda ali təhslilli müəllimlərimizin orta aylıq maaşı təxminən 823 manat təşkil edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO