Əlilliyi olan 1600-dən çox şəxsə səyyar reabilitasiya xidmətləri GÖSTƏRİLDİ - FOTO

Əlilliyi olan 1600-dən çox şəxsə səyyar reabilitasiya xidmətləri GÖSTƏRİLDİ - FOTO

Hazırda oxunan: Əlilliyi olan 1600-dən çox şəxsə səyyar reabilitasiya xidmətləri GÖSTƏRİLDİ - FOTO
273642
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 1628 nəfər əlilliyi olan şəxsi evlərində (səyyar) reabilitasiya xidmətləri ilə təmin edib.

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Bildirilib ki, bu xidmətlərə həkim və psixoloq müayinəsi, loqoped seansı, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, əmək terapiyası daxildir.

Səyyar formada göstərilən reabilitasiya xidmətlərindən yaşayış yerini tərk etməkdə çətinlik çəkən əlilliyi olan şəxslər yararlana bilər. Bunun üçün həmin şəxs (və ya onun qanuni nümayəndəsi) nazirliyin "142" Çağrı mərkəzinə, DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edir.
 

Müraciət əsasında Agentliyin müvafiq reabilitasiya mərkəzinin həkim və psixoloqlarından ibarət səyyar briqada əlilliyi olan şəxsin yaşadığı ünvanda onun ilkin müayinə və qiymətləndirməsini aparır.


Vətəndaşın faktiki vəziyyəti səyyar xidmətə cəlb edilən diaqnozlara uyğun olduğu halda həmin şəxslə bağlı fərdi plan tərtib edilərək müəyyən olunmuş müddət ərzində ona yaşadığı ünvanda reabilitasiya xidmətləri göstərilir.

Əlilliyi olan 1600-dən çox şəxsə səyyar reabilitasiya xidmətləri GÖSTƏRİLDİ - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO