Avtomobildə gizli TƏHLÜKƏ – Bu hallarda nəqliyyat vasitələri partlaya bilər

Avtomobildə gizli TƏHLÜKƏ – Bu hallarda nəqliyyat vasitələri partlaya bilər

Hazırda oxunan: Avtomobildə gizli TƏHLÜKƏ – Bu hallarda nəqliyyat vasitələri partlaya bilər
273597
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avtomobillərdə yanğın və partlayış hallarının artması sürücülərin təhlükəsizlik məsələlərinə diqqəti artırıb.

Bəs hansı nəqliyyat vasitələrində bu risk daha yüksək olur?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, ilk növbədə elektrik sisteminə müdaxilə edilən avtomobillər risk qrupuna daxildir:

“Elektrikinə müdaxilə edilən istənilən nəqliyyat vasitəsi təhlükəli sayılır. Onun elektrikində hər hansı nasazlıq yaranarsa, bu, partlayışa, yanğına və digər mənfi hallara gətirib çıxara bilər” - deyə ekspert vurğulayıb.

Aslan Əsədov qeyd edib ki, texniki baxımdan təmir olunmuş, lakin standartlara cavab verməyən avtomobillər də ciddi təhlükə yaradır:

“Yanğın təhlükəsi olan nəqliyyat vasitələri ilə sürücülər xüsusilə ehtiyatlı davranmalıdır. Ən önəmli məsələ təhlükəlilik meyarının düzgün müəyyənləşdirilməsidir. Həmçinin istər nasazlığı olan, istərsə də saz vəziyyətdə görünən avtomobillər mütləq texniki baxışdan keçirilməlidir”,  - deyə o, əlavə edib.

Ekspertin sözlərinə görə, hansısa markanı xüsusi olaraq “təhlükəli” adlandırmaq düzgün deyil. Təhlükə əsasən avtomobilin texniki vəziyyətindən və elektrik sistemindəki dəyişikliklərdən qaynaqlanır.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO