Daha 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana yola salındı - FOTO

Daha 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana yola salındı - FOTO

Hazırda oxunan: Daha 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana yola salındı - FOTO
266040
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Kiyevdən Bakıya yola salınıb.

Bizim.Media xəbər verir ki, onları Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, diplomatlar və valideynləri yola salıblar.

Seymur Mərdəliyev bildirib ki, bu dəfə 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana yola salınır.
 

Bakıya göndərilən uşaqlar Ukraynanın bir sıra bölgələrindən - Xarkov, Odessa, Vinnitsa, Kiyev vilayətlərindəndir. Müxtəlif yaş qrupundan olan ukraynalı uşaqlar reabilitasiya və psixoloji bərpa məqsədilə ölkəmizdə müvafiq proqramlarda iştirak edəcəklər. Bundan sonra da ukraynalı uşaqların reabilitasiya məqsədilə Azərbaycana göndərilməsi planlaşdırılır.


Qeyd edək ki, indiyədək 400-ə yaxın ukraynalı uşaq Azərbaycanda reabilitasiya kursu keçib.

Daha 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana yola salındı - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO