Qadınları Türkiyədə cinsi istismara məruz qoyan şəxsdən YENİ XƏBƏR var

Qadınları Türkiyədə cinsi istismara məruz qoyan şəxsdən YENİ XƏBƏR var

Hazırda oxunan: Qadınları Türkiyədə cinsi istismara məruz qoyan şəxsdən YENİ XƏBƏR var
262417
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sumqayıt Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən Zəminə Bədəlzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.
 

İttihama görə, 1960-cı il təvəllüdlü Zəminə Bədəlzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvədə olan 25 noyabr 2020-ci il tarixli hökmü ilə məhkum olunmuş digər qadınla qabaqcadan əlbir olan bir qrup şəxs halında azərbaycanlı qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə edib.


Həmçinin hədə-qorxu gəlməklə zərərçəkmiş şəxslərin pasportlarını götürüb saxlayıb, sənədlərlə qanunsuz hərəkətlər edib.

Təqsirləndirilən şəxslər qadınları Türkiyədə cinsi istismara məruz qoyublar.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zəminə Bədəlzadə səkkiz il müddətinə azadlıqdan məhrum edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO