"8-ci kilometr" bazarının adı dəyişdi

"8-ci kilometr" bazarının adı dəyişdi

Hazırda oxunan: "8-ci kilometr" bazarının adı dəyişdi
260387
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"nin adı dəyişdirilib.

Bizim.Media xəbər verir ki, bazar "Riko Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəçiliyinə verilib.

Ticarət Mərkəzi artıq bir müddətdir ki, fəaliyyətini "Riko" adı ilə davam etdirməyə başlayıb.
 

Qeyd edək ki, "Riko Group" 2023-cü ilin oktyabrın 10-da 100 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Rəsul Rasim oğlu Hüseynlidir. MMC-nin hüquqi ünvanı "8-ci km Ticarət Mərkəzi" ilə eyni məkanda - paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 38 K ünvanında yerləşir.


Xatırladaq ki, "8-ci km Ticarət Mərkəzi" MMC 2000-ci ildə yaradılıb və nizamnamə kapitalı 1 031 082 manat olub. MMC-yə qanuni təmsilçiliyi isə Rufat Qubad oğlu Məmmədov edib.

2023-cü ilin sonlarında "8-ci km Ticarət Mərkəzi" MMC (VÖEN -1600015371) ləğv olunduğunu elan edib və şirkət vergi ödəyicisi kimi ləğv olunub.

Eyni zamanda həmin vaxt bazarın yeni adla fəaliyyət göstərəcəyi bildirilib. (İqtisadiyyat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO