Qəbələdə ümumrespublika birinciliyinin final mərhələsi keçirilir – FOTO

Qəbələdə ümumrespublika birinciliyinin final mərhələsi keçirilir – FOTO

Hazırda oxunan: Qəbələdə ümumrespublika birinciliyinin final mərhələsi keçirilir – FOTO
256750
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyinə həsr edilən “Gənc xilasedici” Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, builki yarışlarda Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan və Belarusdan olan komandalar da iştirak edir.
 

Yarışların təşkilat komitəsinin üzvü Məhbubə Mustafayevanın Bizim.Media-ya verdiyi məlumata əsasən keçirilən yarışlar yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, məktəblilərdə fövqəladə hallarla mübarizə sahəsində əməli vərdişlərin formalaşması və bu istiqamətdə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.


Qeyd edək ki, Ümumrespublika birinciliyinin final mərhələsində 12 rayon və şəhərin komandaları birincilik uğrunda mübarizə aparacaq. Həmçinin, respublikanın müxtəlif bölgələrindən olan şəhid ailələrinin üzvləri builki yarışa dəvət olunub. Onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün əlavə proqramların keçirilməsi nəzərdə tutulur.

Yarışlar iyunun 29-na kimi davam edəcək.

Qəbələdə ümumrespublika birinciliyinin final mərhələsi keçirilir – FOTO - foto 1
Qəbələdə ümumrespublika birinciliyinin final mərhələsi keçirilir – FOTO - foto 2
Qəbələdə ümumrespublika birinciliyinin final mərhələsi keçirilir – FOTO - foto 3
Qəbələdə ümumrespublika birinciliyinin final mərhələsi keçirilir – FOTO - foto 4
Qəbələdə ümumrespublika birinciliyinin final mərhələsi keçirilir – FOTO - foto 5

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO