Qaraçanta məktəbinin şagirdləri 37 ildən sonra bir arada - FOTO

Qaraçanta məktəbinin şagirdləri 37 ildən sonra bir arada - FOTO

Hazırda oxunan: Qaraçanta məktəbinin şagirdləri 37 ildən sonra bir arada - FOTO
255697
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qərbi Azərbaycanın Ağbaba-Şörəyel mahalına daxil olan Amasiya rayonunun Qaraçanta (keçmiş Əzizbəyov) kəndinin məktəbliləri 37 ildən sonra yenidən bir araya gəliblər. 1979-cu ildə Qaraçanta kənd orta məktəbinin birinci sinfinə qədəm qoymuş şagirdlər yaddaşlardan silinməyən xatirələri bölüşüb, ibtidai sinif müəllimləri – Yunis Aydınov, Rüstəm Aydınov, Yasəf Nəsibov, eləcə də Bəşir Məmmədov, Kərim Əsgərov, Məsim Bayramov, Şahbəndər Əliyev, Sədi Abdullayev, Sabir Əliyev, Rövşən Xıdırov, Ənvərpaşa Nəbiyev, Səttar Hacıyev, Qorxmaz Aslanov, Elman Hacıyev, Şahsənəm Bayramova, Vaqif Rəcəbov, Əsgər Bayramov və Hüsnay Mövlayevanı sevgi və ehtiramla xatırlayıblar. Onlar həmçinin doğma kəndlərini, sinif otaqlarını və məktəb həyatını böyük həsrətlə yada salıblar.

Bizim.Media xəbər verir ki, 1988-ci ildə baş verən hadisələr nəticəsində öz dədə-baba yurdlarından qaçqın düşən Qaraçanta sakinlərinə dogma məktəblərini başa vurmaq nəsib olmayıb və 10-cu sinifdən sonra təhsillərini müxtəlif bölgələrdə yerləşdikləri məktəblərdə davam etdiriblər.

Üzərindən keçən 37 il sonra, birinci sinfə birlikdə başlayan sinif yoldaşlarının yenidən görüşü hər kəs üçün sevinc və həsrətlə dolu anlarla yadda qalıb.

Qaraçanta məktəbinin şagirdləri 37 ildən sonra bir arada - FOTO - foto 1
Qaraçanta məktəbinin şagirdləri 37 ildən sonra bir arada - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO