Məhbus qadınların sayında ARTIM

Məhbus qadınların sayında ARTIM

Hazırda oxunan: Məhbus qadınların sayında ARTIM
250472
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2024-cü ildə azadlıqdan məhrum edilmiş kişilərin sayı 6,8%, qadınların sayı isə 15,9% artıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.
 

Bildirilib ki, 2024-cü ildə probasiya qeydiyyatında olan məhkumların 94,1%-i kişilər, 5,9%-i isə qadınlardır. 2023-cü illə müqayisədə hesabat ilində probasiya qeydiyyatında olan məhkum kişilərin sayı 9%, qadınların sayı isə 0,6% artıb.


Azadlıqdan məhrum edilmiş məhkumların sayına münasibətdə kişilər 97,1%, qadınlar isə 2,9% təşkil edir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO