“WhatsApp”da mesaj bölməsi dəyişdi - Səs düyməsini sıxanda bu olacaq

“WhatsApp”da mesaj bölməsi dəyişdi - Səs düyməsini sıxanda bu olacaq

Hazırda oxunan: “WhatsApp”da mesaj bölməsi dəyişdi - Səs düyməsini sıxanda bu olacaq
249029
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“WhatsApp” səsli mesajlaşma ilə bağlı yenilik üzərində işləyir.

Bizim.Media xəbər verir ki, “WhatsApp”, android istifadəçiləri üçün səsli mesaj göndərmə prosesini daha da asanlaşdırır.

Məlumata görə, yenilik sayəsində istifadəçilərin səsi qeyd etmək üçün mikrofon işarəsinə bir dəfə toxunması yetərli olacaq. Bildirilir ki, yenilik tətbiqin beta versiyasında müşahidə edilib.

Hazırda “WhatsApp”da səsli mesaj göndərmək üçün iki fərqli üsuldan istifadə olunur.
 

Birincisi, mikrofon işarəsini basılı tutmaqla edilən qısa qeydlər, digəri isə işarəni yuxarı çəkərək aktivləşdirilmiş kilid rejimi ilə edilən uzun mesajlardır. Yeni sistem bu iki üsulu birləşdirir və sadəcə bir toxunuşla qeyd prosesinə başlayır. İstifadəçi mikrofon işarəsinə basdıqda, qeyd avtomatik olaraq başlayır və kilidləmə rejimi avtomatik olaraq aktivləşdirilir.


Bu, həm qısa, həm də uzun mesajlar üçün əlavə əməliyyatların yerinə yetirilməsinə ehtiyacı aradan qaldırır. Qeydiyyat başa çatdıqdan sonra istifadəçilər mesajı göndərməzdən əvvəl dinləyə və istəsələr silə bilərlər. (Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO