“WhatsApp”da bu işarə varsa mesajları başqası oxuyur – İDDİA

“WhatsApp”da bu işarə varsa mesajları başqası oxuyur – İDDİA

Hazırda oxunan: “WhatsApp”da bu işarə varsa mesajları başqası oxuyur – İDDİA
244772
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“WhatsApp” istifadəçi məxfiliyini gücləndirmək istiqamətində atdığı addım müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, “WhatsApp” mesajlaşma təhlükəsizliyini artırmaq üçün “üçüncü mavi işarə” adlı yeni funksiyanı əlçatan etmişdi. Yeni funksiya mesajın üçüncü tərəf tərəfindən oxunduğunu ortaya qoyur.

Bu yenilik, xüsusilə mesajlar qrup çatlarında yönləndirildikdə və ya paylaşıldıqda istifadəçiyə əlavə nəzarət təklif edir.

Mövcud “WhatsApp” sistemində tək boz işarə mesajın göndərildiyini, ikiqat boz işarə onun qəbul edildiyini, ikiqat mavi işarə isə oxunduğunu bildirir. Yenilik sayəsində mesaj başqası tərəfindən görülərsə, üçüncü mavi işarə görünəcək.
 

Bu yolla mesajın orijinal ünvanından gəlmədiyini anlamaq mümkün olacaq. Sosial mediada ortaya atılan iddialara görə, mesajların yanındakı üç mavi işarə mesajların hüquq-mühafizə qurumları tərəfindən oxunduğunu bildirir. Əgər mavi işarələrdən biri qırmızıya çevrilirsə, bu, mesajın nəzərdən keçirildiyini bildirir. Lakin iddialar təsdiqini tapmayıb.


Üçüncü mavi işarə funksiyasından istifadə etmək üçün “WhatsApp”ın son versiyası quraşdırılmalıdır. Yeniləmədən sonra tətbiqin “Parametrlər” menyusundan “Məxfilik” pəncərəsinə daxil olacaraq funksiya aktivləşdirilə bilər. (Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO