Dünyada ən zərərli şorba seçildi - Azərbaycanda da yeyilir

Dünyada ən zərərli şorba seçildi - Azərbaycanda da yeyilir

Hazırda oxunan: Dünyada ən zərərli şorba seçildi - Azərbaycanda da yeyilir
243233
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rus mətbəxinin ənənəvi yeməklərindən biri olan "Solyanka" şorbası ekspertlərdən keçərli qiymət almayıb.

Bizim.Media xəbər verir ki, ukraynalıların və rusların tez-tez istehlak etdikləri, hətta zəngin və qidalı hesab etdikləri şorba əslində bəzi insanlar üçün zəhər hesab edilib.

Mütəxəssislər bildirirlər ki, solyanka şorbasını ət növləri, tərkibindəki çox miqdarda yağ və ədviyyatlar səbəbindən ürək, damar və mədə xəstəlikləri olan insanlar istehlak etməməlidir. Bu ənənəvi yeməyin hətta sağlam insanlar tərəfindən də ölçülü şəkildə istehlak edilməsi tövsiyə edilsə də, yüksək ədviyyatlı olduğuna görə qastrit və ya mədə xorası olanlara heç vaxt tövsiyə edilmir.

Solyanka zeytun, turşu, limon kimi yüksək turşuluqlu turş məhsullarla hazırlandığından mədəaltı vəzi xəstəliyi olanlar üçün də risk yaradır. Bundan əlavə, həddindən artıq istehlak bəzi xroniki xəstəliklərə səbəb ola bilər.

Bu şorba ürək-damar xəstəliklərinə səbəb olsa da, ukraynalılar və ruslar arasında çox məşhurdur və hələ də tez-tez istehlak olunur. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO